Bakı. Elnur Bağışov- Trend:
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz-Sufian yolunda avtobus aşıb.
Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti təcili yardım idarəsinin sözçüsü Vəhid Şadiniya jurnalistlərə açıqlamasında deyib.
V.Şadiniyanın sözlərinə görə, səhər saat 06:00 radələrində baş verən qəzada 22 nəfər yaralanıb, bir nəfər həlak olub.
Şadiniya əlavə edib ki, yaralılar Təbrizin xəstəxanalarına köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.
25 km uzunluğunda Təbriz-Sufian magistral yolu Şərqi Azərbaycan vilayətində tıxaclı yollardan biri hesab olunur.