...

Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi

Dünya xəbərləri Materials 3 Fevral 2020 12:41 (UTC +04:00)

Bakı. Trend:

Çinin Harbin şəhərində koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirib.

Trend-in məlumatına görə, qız övladı qeysəriyyə yolu ilə doğulub.

Onun tamamilə sağlam olduğu deyilir. Qeyd olunur ki, doğum baş tutduqdan sonra körpədən iki dəfə analiz götürülüb və hər iki halda virus aşkar olunmayıb.

Ananın da vəziyyətinin yaxşılaşmağa doğru getdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti