...

İran peyki kosmosa göndərməyi təxirə saldı

Dünya xəbərləri Materials 8 Fevral 2020 18:25 (UTC +04:00)
İranın “Zəfər” peykinin kosmosa göndərilməsi təxirə salınıb.
İran peyki kosmosa göndərməyi təxirə saldı

Bakı. Elnur Bağışov - Trend:

İranın “Zəfər” peykinin kosmosa göndərilməsi təxirə salınıb.

Trend-in məlumatına görə, bunu İranın Kosmos Təşkilatının (ISA) sədri Murtaza Bərari Fars informasiya agentliyinə açıqlamasında deyib.

M.Bərarinin sözlərinə görə, təxirə salınmanın səbəbi diqqətli olmaq üçün tələsməməkdir.

O, əlavə edib ki, “Simurq” raketi ilə “Zəfər” peykinin 530 kilometrlik orbitdə qərarlaşması üçün hər hansı problem yoxdur.

Təşkilat sədri bildirib ki, “Zəfər” peyki ötən 4 ay ərzində iranlı mütəxəssislər tərəfindən lazımi sınaqlardan keçib.

Qeyd edək ki, 3 fevralda İranın rabitə və informasiya texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi bu həftə “Zəfər” peykinin kosmosa göndəriləcəyini bildirmişdi.

Əlavə edək ki, Zəfər 1 və Zəfər 2 peyklərinin istehsalına 2 milyon avroya qədər vəsait xərclənib. Peykin göndərəcəyi kadrların dəyəri isə 10 milyon avrodan çoxdur. Peykin fəaliyyət müddəti orta hesabla 2,5 ildir. İranın Zəfər peykinin çəkisi 113 kiloqramdır. Peykin orbitə göndərilməsində məqsədin İranın neft ehtiyatları, kənd təsərrüfatı, meşəlik və göllərdə baş verən dəyişikliklər üzrə xəritələri yeniləməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti