...

WhatsApp istifadəçilərinin sayı 2 milyarda çatıb

Dünya xəbərləri Materials 12 Fevral 2020 21:20 (UTC +04:00)
"WhatsApp" tətbiqin istifadəçilərinin sayı 2 milyarda çatıb
WhatsApp istifadəçilərinin sayı 2 milyarda çatıb

Bakı. Trend:

"WhatsApp" tətbiqin istifadəçilərinin sayı 2 milyarda çatıb.

Trend-in məlumatına görə, bu barədə bu gün messencerin öz veb saytında rəsmi bloqda yayımlanan açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib: "Bu gün dünyada 2 milyard insanın WhatsApp-dan istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq".

WhatsApp rəhbərliyi messencerin ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələməsindən istifadə etdiyini vurğulayıb:

The Wall Street Journal-a verdiyi müsahibədə WhatsApp-ın baş direktoru Uill Ketkart şirkətin daim istifadəçilərə şifrləmə sistemlərindən istifadə edərək məlumat mübadiləsi imkanı təmin etmək üçün çalışdıqlarını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti