...

İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi

Dünya xəbərləri Materials 28 Fevral 2020 14:35 (UTC +04:00)
Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.
İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi

Bakı. Trend:

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şeyxi İsfahanın "Sepahan" klubunda çıxış edib.

Rəsmi məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb və 245 yoluxma halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti