Bakı. Trend:
Yunanıstanda koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
Qeyd olunur ki, virusa Saloniki şəhərində digər xəstə ilə ünsiyyətdə olmuş qadın yoluxub.
Hazırda koronavirusa yoluxan şəxslər karantinə yerləşdirilib.
Xatırladaq ki, Yunanıstanda ilk yoluxma halı fevralın 28-də də Saloniki şəhərində qeydə alınmışdı.