...

İtaliyanın Baş naziri ölkə daxilində hərəkətin məhdudlaşdırıldığını açıqlayıb

Dünya xəbərləri Materials 10 Mart 2020 04:02 (UTC +04:00)
İtaliyanın Baş naziri Cüzeppe Konte ölkə ərazisində karantin tədbirlərinin genişləndirildiyini deyib
İtaliyanın Baş naziri ölkə daxilində hərəkətin məhdudlaşdırıldığını açıqlayıb

Bakı. Trend:

İtaliyanın Baş naziri Cüzeppe Konte ölkə ərazisində karantin tədbirlərinin genişləndirildiyini deyib.

Trend-in məlumatına görə, bu da vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Baş nazir bildirib: "Ən son məlumatları, yoluxma və ölüm hallarının artmasını nəzərə alaraq, Lombardiya və bəzi digər zonalara şamil olan tədbirləri ölkə daxilində genişləndirmək qərarına gəldik".

C.Konte Hərəkətin yalnız əsaslı səbəblər olduqda mümkün olduğunu qeyd edib. Yeni qaydalar martın 10-dan qüvvəyə minəcək.

Bundan əlavə, Baş nazir aprelin 3-dək ölkədəki bütün təhsil müəssisələrinin bağlanacağını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti