...

Fransada koronavirus xəstələrinin sayı 1412 nəfərə çatıb

Dünya xəbərləri Materials 10 Mart 2020 08:43 (UTC +04:00)

Bakı. Trend:

Fransada koronavirusa yoluxanların sayı 1412 nəfər təşkil edib, 25 nəfər xəstəliyin qurbanı olub.

Trend-in məlumatına görə, bunu ölkənin Ümumi Sağlamlıq müdirliyinin rəhbəri Jerom Salomon deyib.

Ölənlər arasında 15 kişi və 10 qadın var. Ölənlərin əksəriyyəti - 21 nəfər - 70 yaşdan yuxarı olan insanlardır.

Daha əvvəl Fransada virusa 1191 nəfər yoluxduğu, qurbanların sayının 21 olduğu bildirilmişdi.

Xəstəliyin yayılması səbəbindən martın 8-də Fransa hakimiyyəti mindən çox insanın toplaşdığı tədbirləri qadağan etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti