...

Rusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif olunub

Dünya xəbərləri Materials 10 Mart 2020 16:21 (UTC +04:00)
Rusiyada hakim “Vahid Rusiya” partiyasının deputatı Valentina Tereşkova konstitusiya dəyişiklikləri çərçivəsində prezidentlik müddətinin sıfırlanmasını təklif edib
Rusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif olunub

Bakı. Trend:

Rusiyada hakim “Vahid Rusiya” partiyasının deputatı Valentina Tereşkova konstitusiya dəyişiklikləri çərçivəsində prezidentlik müddətinin sıfırlanmasını təklif edib.

Trend-in məlumatına görə, o, bu təkliflə Dövlət Dumasının plenar iclasında çıxış edib.

Deputat bildirib ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması məqsədəuyğundur:

“Təklif edirəm ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətlər götürülsün və ya yeni konstitusiya qüvvəyə mindikdən sonra qanunvericiliyə mövcud prezidentin digər vətəndaşlar kimi dövlət başçısı postuna seçilməsi hüququna malik olması barədə bənd əlavə olunsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti