...

İranın Səhiyyə Nazirliyi: Koronavirusa qarşı dərman nisbi nəticələr verir

Dünya xəbərləri Materials 11 Mart 2020 12:08 (UTC +04:00)
İranın yeni koronavirusa qarşı sınaq üçün istehsal etdiyi “Actemra” (Tocilizumab) dərmanı bəzi ağır simptomları nisbətən yaxşılaşdırır.
İranın Səhiyyə Nazirliyi: Koronavirusa qarşı dərman nisbi nəticələr verir

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranın yeni koronavirusa qarşı sınaq üçün istehsal etdiyi “Actemra” (Tocilizumab) dərmanı bəzi ağır simptomları nisbətən yaxşılaşdırıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur ISNA informasiya agentliyinə açıqlamasında deyib.

K.Cahanpurun sözlərinə görə, dərman istifadə edildikdən sonra 48 saat ərzində xəstəliyin simptomları nisbətən yüngülləşib.

Cahanpur əlavə edib ki, bu sahədə hələlik hər hansı qərarı vermək tezdir.

“Gələn günlər ərzində həkimlər tərəfindən bu proses davam etdiriləcək. Nisbi faydalı olması təkrarlandığı halda, İranın dərman siyahısına əlavə olunacaq və təxminən 3 həftə ərzində kütləvi şəkildə istehsal edilərək İran bazarına daxil olacaq” , - deyə o qeyd edib.

Əlavə edək ki, İranın Səhiyyə Nazirliyi ötən günədək (10 mart) 8 mindən çox şəxsin yeni koronavirusa yoluxduğunu, 291 nəfərin öldüyünü və 2,7 mindən çox xəstənin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti