...

Tunis sərhəd keçidlərini bağlayır

Dünya xəbərləri Materials 17 Mart 2020 02:31 (UTC +04:00)
Tunis sərhəd keçidlərini bağlayır

Bakı. Trend:

Tunisin Baş naziri Elias Fəhfah koronavirusun yayılması ilə əlaqədar sərhəd keçidlərinin və sərnişin təyyarələrinin uçuşları üçün ölkənin hava məkanının bağlandığını elan edib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin başçısının müraciəti ölkənin mərkəzi televiziyası ilə yayımlanıb.

Müvəqqəti qaydalar yük nəqliyyatına şamil edilmir. Bundan başqa, E.Fəhfah istənilən kütləvi tədbirlərin keçirilməsinə, həmçinin küçə bazarlarının təşkilinə qadağa qoyulduğunu bildirib.

Yeni tədbirlər martın 18-dən qüvvəyə minir.

Son məlumatlara görə, Tunisdə yeni növ koronavirusa 24 yoluxma halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti