...

Şimali Makedoniyada fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 19 Mart 2020 06:13 (UTC +04:00)
Şimali Makedoniyada fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi yeni növ koronavirus (COVİD-19) səbəbindən tətbiq edilir.

Prezidentin sözlərinə görə, ilk dəfə fövqəladə vəziyyətin tətbiq olunması vəziyyətin və riskin nə qədər ciddi olduğunu göstərir.

Qeyd edək ki, Şimali Makedoniyada koronavirusa yoluxanların sayı 35 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti