Bakı. Trend:
Daha bir amerikalı konqressmen yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, koroanvirusa Yuta ştatını təmsil edən demokrat Benjamin Makadams yoluxub.
Xatırladaq ki, daha əvvəl amerikalı konqressmen Mario Dias-Balartın (Florida ştatını təmsil edən respublikaçı) yeni növ koronavirusa yoluxduğu deyilirdi.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.