...

Dünyada СOVİD-19 virusuna yoluxanların sayı 266 mini keçib

Dünya xəbərləri Materials 22 Mart 2020 01:24 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 266 073, ölənlərin sayı isə 11 184 nəfərə çatıb
Dünyada СOVİD-19 virusuna yoluxanların sayı 266 mini keçib

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 266 073, ölənlərin sayı isə 11 184 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər yayıb.

Bildirilir ki, gün ərzində yoluxmuş şəxslərin sayı 32 min nəfər artaraq 266 073-ə, ölümlə nəticələnən halların sayı 1344 çoxalaraq 11 184-ə çatıb . Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeyd olunur - müvafiq olaraq 128 541 və 6000. Bu regionda son sutka ərzində xəstələnənlərin sayı 23950, ölənlərin sayı isə 1101 nəfər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti