...

Həsən Ruhani: Virusla yaşamağa hazırlaşmaq lazımdır

Dünya xəbərləri Materials 29 Mart 2020 16:50 (UTC +04:00)
Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.
Həsən Ruhani: Virusla yaşamağa hazırlaşmaq lazımdır

Bakı. Elnur Bağışov - Trend:

İranda koronavirusun yeni növü ilə yaşamağa hazırlaşmaq lazımdır.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

H.Ruhaninin sözlərinə görə, bu virus müalicəsi və ya vaksini tapılanadək bir və ya iki il davam edə bilər.

İran prezidenti deyib ki, İranda koronavirusun maksimum səviyyəsi Novruz bayramı istirahət günlərindən sonra bəlli olacaq.

Ruhani əlavə edib ki, bəzi vilayətlərdə maksimum səviyyə arxada qalsa da, bəzi vilayətlərdə vəziyyət hələ də ağırdır.

İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (28 mart) 35 408 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 507 nəfərin öldüyünü və 11 679 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti