...

Afrikada koronavirusa yoluxanların ümumi sayı açıqlanıb

Dünya xəbərləri Materials 3 Aprel 2020 13:38 (UTC +04:00)
Afrika ölkələrində 7 028 nəfər koronavirusa yoluxub
Afrikada koronavirusa yoluxanların ümumi sayı açıqlanıb

Bakı. Trend:

Afrika qitəsində koronavirusa yoluxanların ümumi sayı açıqlanıb.

Trend-in məlumatına görə, bu günə qədər Afrika ölkələrində 7 028 nəfər koronavirusa yoluxub.

Onlarda 284 nəfəri ölüb, 561 nəfər isə sağalıb.

Yoluxma sayına görə liderlik Cənubi Afrika Respublikasına məxsusdur. Bu ölkədə 1 462 yoluxma, 7 ölüm qeydə alınıb.

Əlcəzairdə 847 nəfər virusa yoluxub, 83 nəfər həyatını itirib.

İlk üçlüyü Misir tamamlayır. Bu ölkədə 779 nəfər koronavirusa yoluxub, 58 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti