...

Çində koronavirus sakinlərin yalnız 2 faizində qalıb

Dünya xəbərləri Materials 4 Aprel 2020 07:15 (UTC +04:00)
Çində koronavirus sakinlərin yalnız 2 faizində qalıb

Bakı. Trend:

Çində koronavirusa yoluxan vətəndaşların əksəriyyəti - 94 faizi - tamamilə sağalıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb.

Hazırda ölkədə koronavirusa yoluxan 1562 nəfər qalıb ki, bu da bütün vaxt ərzində baş verən yoluxma hallarının ümumi sayının iki faizini təşkil edir.

Bununla yanaşı, onların sayı gündən-günə azalır. Son hesablamalara görə, Çində COVİD-19 virusuna yoluxanların ümumi sayı 81 639 nəfər təşkil edib, onlardan 76 751 nəfəri müalicə olunub və xəstəxanalardan buraxılıb. Epidemiya nəticəsində 3326 nəfər dünyasını dəyişib, son gün ərzində dörd nəfər ölüb.

Martın 29-da Çin ölkədə epidemiyanın sona çatdığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti