Bakı. Trend:
Bir həftə əvvəl yeni koronavirusa yoluxma ilə xəstəxanaya çatdırılan Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılsa da işinə qayıda bilməyəcək.
Trend-in məlumatına görə, bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan bəyanatda deyilir.
Bildirilib ki, Baş nazir xəstəxanadan evə buraxılıb və Çekersdə [şəhər xaricində yerləşən iqamətgahında] müalicəsi davam edir.
Sənəddə deyilir ki, həkimlər qrupunun tövsiyəsi ilə Baş nazir dərhal işə qayıtmayacaq:
"Müqəddəs Tomas xəstəxanasında aldığı yüksək səviyyəli yardım üçün o, hər kəsə təşəkkür etmək istəyir. Düşüncələri artıq xəstəlikdən təsirlənən hər kəsin yanındadır".