...

İtaliyada koronavirusdan daha 431 nəfər dünyasını dəyişib

Dünya xəbərləri Materials 12 Aprel 2020 21:17 (UTC +04:00)
İtaliyada koronavirusdan daha 431 nəfər dünyasını dəyişib

Bakı. Trend:

İtaliyada yeni növ koronavirusdan (COVİD-19) sutka ərzində 431 nəfər dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 19 899 nəfərə çatıb.

Bundan əlavə, ötən sutka ərzində daha 4 092 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 156 363 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti