...

Hindistanda qalan əcnəbilərin viza müddəti uzadılır

Dünya xəbərləri Materials 13 Aprel 2020 16:41 (UTC +04:00)
Hindistan hökuməti koronavirus epidemiyası ilə əlaqədar ölkədə çıxılmaz vəziyyətdə qalmış cənbəi vətəndaşların vizasını ödənişsiz şəkildə aprelin 30-dək uzadıb
Hindistanda qalan əcnəbilərin viza müddəti uzadılır

Bakı. Trend:

Hindistan hökuməti koronavirus epidemiyası ilə əlaqədar ölkədə çıxılmaz vəziyyətdə qalmış əcnəbi vətəndaşların vizasını aprelin 30-dək ödənişsiz şəkildə uzadıb.

Tend-in məlumatına görə, vizanın müddəti əcnəbi vətəndaş onlayn formada müraciət etdikdən sonra uzadılacaq.

Bu qərar fevralın 1-dən başlayaraq viza müddəti bitən şəxslərə aiddir.

Qeyd edək ki, aprelin 30-dək Hindistan ərazisində ciddi özünütəcrid rejimi elan edilib. Bu günədək ölkədə 9 240 nəfər koronavirus yoluxub, 331 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti