...

Malidə BMT missiyasının 20-dən çox əməkdaşı koronavirusa yoluxub

Dünya xəbərləri Materials 24 Aprel 2020 09:17 (UTC +04:00)

Bakı. Trend:

Malidə vəziyyətin sabitləşdirilməsi üzrə BMT-nin çoxprofilli kompleks missiyasının 20-dən çox əməkdaşı yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə missiyanın rəsmi nümayəndəsi Olivye Salqado bildirib.

O.Salqado deyib: "Bu gün üçün koronavirus Malidə vəziyyətin sabitləşdirilməsi üzrə BMT-nin çoxprofilli kompleks missiyasının 26 əməkdaşında aşkar edilib. Onlar təcrid olunub və lazımi yardım göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti