...

Özbəkistanda daha 3 nəfərdə koronavirus aşkarlanıb

Dünya xəbərləri Materials 26 Aprel 2020 15:15 (UTC +04:00)
Özbəkistanda daha 3 nəfərdə koronavirus aşkarlanıb

Bakı. Trend:

Özbəkistanda yeni növ koronavirusa daha 3 nəfər yoluxub.

Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 865 nəfər çatıb.

Bildirilir ki, hazırkı dövrədək 707 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti