Bakı. Trend:
Dünyanın ən iri elektron ticarət şirkətlərindən biri olan “Amazon” öz əməkdaşlarına oktyabrın 2-dək evdən işləməyə icazə verib.
Trend-in məlumatına görə, bu barədə şirkət rəhbərliyi məlumat verib.
Qeyd olunur ki, evdən işləməsi mümkün olmayan əməkdaşların virusdan müdafiə olunması üçün də tədbirlər gücləndirilir.
Martın 31-nə olan vəziyyətə görə, “Amazon” şirkətinin 840 mindən çox əməkdaşı var. Şirkət əməkdaşlarının sayı bir il ərzində 33 faiz artıb.