...

Braziliyada son sutkada koronavirusa 4 mindən çox yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 5 May 2020 02:56 (UTC +04:00)
Braziliyada son sutkada koronavirusa 4 mindən çox yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Braziliyada təsdiqlənmiş yeni növ koronavirusa yoluxma hallarının sayı son sutkada 4 075 artaraq 105 222-ə yüksəlib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə nazirliyi saytında bildirib.

Yenilənmiş hesabata əsasən, koronavirusdan ölənlərin sayı 263 artaraq 7288-ə çatıb, 42991 nəfər müalicə edilib.

Epidemiyanın episentri ölkədə San-Paulu ştatı və 21 milyondan çox insanın yaşadığı eyni adlı paytaxtıdır. Bölgədə koronavirusa 32 mindən çox yoluxmuş və bu xəstəlikdən 2,6 mindən çox ölən var.

Xatıraldaq ki, Braziliyada ilk koronavirus infeksiyasına yoluxma halı fevralın 26-da San-Pauluda təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti