Bakı. Trend:
Avropanın xarici sərhədləri iyunun 15-i açıla bilər.
Trend-in "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Məlumatda bildirilir: "Aİ-yə səyahətlər səbəbiylə xəstəliyin yayılma riskini azaltmaq üçün xarici sərhədlərdə tədbirlərin saxlanılması lazımdır".
Qeyd edilir ki, Şengen zonası ölkələrinin xarici sərhədləri Aİ daxilində məhdudiyyətlər yumşaldıqdan sonra "əhəmiyyətsiz" səfərlər üçün açıla bilər.