...

Moskvada sutkada daha 56 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 11 May 2020 02:09 (UTC +04:00)
Moskvada koronavirusdan və əlaqəli xəstəliklərdən daha 56 nəfər ölüb. Ümumilikdə paytaxtda bu diaqnozu olan 1124 nəfər öldü
Moskvada sutkada daha 56 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Moskvada koronavirusdan və əlaqəli xəstəliklərdən daha 56 nəfər ölüb. Ümumilikdə paytaxtda bu diaqnozu olan 1124 nəfər öldü.

Trend-in məlumatına görə, bu barədə koronavirus infeksiyası ilə bağlı vəziyyətin nəzarəti və monitorinqi üzrə əməliyyat qərargahında məlumat verilib.

Bildirilib ki, Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus ilə bağlı təstlərin müsbət çıxdığı 56 xəstə vəfat edib.

Əlavə edilib ki, kəskin respirator virus infeksiyalarının hər hansı bir simptomu aşkar edildiyi zaman evdə qalmaq və özünümüalicə ilə məşğul olmamaq tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti