...

Kanadada koronavirusdan ölənlərin sayı 5 minə yaxınlaşır

Dünya xəbərləri Materials 12 May 2020 06:14 (UTC +04:00)
Kanadada koronavirusdan ölənlərin sayı 5 minə yaxınlaşır

Bakı. Trend:

Kanadada yeni növ koronavirusa daha 1 133 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxan 32 994 nəfər sağalıb, 31 994 nəfər isə müalicəsini davam etdirir.

Bildirilir ki, hazırkı dövrədək Kanadada koronavirusdan 4 993 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Kanadada koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb. Yoluxma halları ölkənin 12 regionunda müşahidə edilir. Ən çox yoluxma halları Kvebek (38 469), Ontario (20 546) və Alberta (6 300) əyalətlərində qeydə alınıb. Kanadada 1,1 milyondan artıq insan koronavirusla bağlı testdən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti