...

ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır

Dünya xəbərləri Materials 14 May 2020 07:47 (UTC +04:00)

Bakı. Trend:

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu müddətin 2021-ci ildə bitməsini gözləmədən bu vəzifədən istefa vermək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi bildirib.

Məlumata əsasən, ÜTT başçısı artıq qərarı barədə təşkilata üzv ölkələrin nümayəndələrini xəbərdar edib.

Qeyd olunur ki, Azevedunun səlahiyyətləri rəsmi olaraq bitənə qədər dörd müavindən biri müvəqqəti baş direktor vəzifəsinə təyin edilə bilər: Nigeriyalı Yonov Frederik Aga, Almaniyalı Karl Brauner, Amerikalı Alan Volf və çinli Yi Syaoçjun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti