Bakı. Trend:
Dünyada saat 23:59 üçün yeni növ koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb.
Trend-in məlumatına görə, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında bildirilib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 4 500 854 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 302 065 nəfəri ölüb, 1 691 661 nəfəri isə sağalıb.