...

Gürcüstanda fövqəladə vəziyyət mayın 22-də başa çatacaq

Dünya xəbərləri Materials 15 May 2020 15:27 (UTC +04:00)
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət mayın 22-də başa çatacaq
Gürcüstanda fövqəladə vəziyyət mayın 22-də başa çatacaq

Bakı. Trend:

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət mayın 22-də başa çatacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

O bildirib ki, həmin tarixdən sonra fövqəladə vəziyyətin uzadılması üçün parlamentə müraciət olunmayacaq.

Baş nazir əlavə edib ki, bununla belə bəzi məhdudiyyətlər qüvvədə qalacaq.

Qeyd edək ki, Gürcüstanda virusla əlaqədar mart ayında fövqəladə vəziyyət elan olunmuş və bir neçə dəfə uzadılmışdı.

Bu günədək ölkədə 671 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti