...

Türkiyədə son sutkada koronavirusdan 2 103 nəfər sağalıb

Dünya xəbərləri Materials 15 May 2020 22:25 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 2 103 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 48 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 055 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 708 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 146 457 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 103 olmaqla 106 133 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti