...

Türkiyədə son sutkada koronavirusdan 2 004 nəfər sağalıb

Dünya xəbərləri Materials 16 May 2020 21:17 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 2 004 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 41 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 096 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 610 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 148 067 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 004 olmaqla 108 137 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti