...

Nigeriyada terrorçular kəndə hücum etdi - Onlarla ölü və yaralı var

Dünya xəbərləri Materials 18 May 2020 18:20 (UTC +04:00)
Nigeriyada terrorçular kəndə hücum etdi - Onlarla ölü və yaralı var

Bakı. Trend:

Nigeriyanın şimal-şərqindəki Borno ştatında terrorçuların hücumu nəticəsində 20 dinc sakin həlak olub.

Trend-in məlumatına görə, hücumu “Boko Haram” terror təşkilatı həyata keçirib.

Hücum zamanı, həmçinin 14 nəfər yaralanıb. Qeyd olunur ki, terrorçular kəndlərin birinə hücum edərək tank əleyhinə qumbaraatanlarla atəş açıb. Kənddə çoxlu sayda evə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti