...

İordaniyada mayın 22-dən 25-dək komendant saatı tətbiq edilir

Dünya xəbərləri Materials 21 May 2020 03:51 (UTC +04:00)

Bakı. Trend:

İordaniya sakinləri ramazan bayramını evlərində qeyd etməli olacaqlar.

Trend-in məlumatına görə, bu barədə ölkənin informasiya naziri Amdad Adayle bildirib.

Haşimi krallığı yanında antikrizis qərargahı mayın 22-dən 25-dək komendant saatı elan edir. Biz bu addımı çox sayda insanların bir yerdə toplanmalarına qarşı tədbir kimi atmağa məcburuq", - A.Adayle deyib.

Nazirinin sözlərinə görə, may ayının 21-i mağazalar və marketlər saat 23:00-a qədər işləyəcəklər ki, sakinlər qarşıdakı həftə sonu və 24 mayda qeyd olunan bayram üçün ərzaq almağa imkan tapsınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti