...

“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq

Dünya xəbərləri Materials 21 May 2020 15:31 (UTC +04:00)
ABŞ-da məhkəmə “Titanik” gəmisindən radioötürücünün çıxarılması üçün əməliyyatın aparılmasına icazə verib
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq

Bakı. Trend:

ABŞ-da məhkəmə “Titanik” gəmisindən radioötürücünün çıxarılması üçün əməliyyatın aparılmasına icazə verib.

Trend-in məlumatına görə, gəminin korpusunda işlərin 2020-ci ilin yayında başlaması planlaşdırılır.

Qeyd olunur ki, Markoni radioötürücüsü həm tarixi, həm elmi-tədris, həm də mədəni dəyərə malikdir.

Mütəxəssislər bildirir ki, işlər tezliklə başlamasa, qurğu tamamilə sıradan çıxa bilər.

Qeyd edək ki, Böyük Britaniyadan ABŞ-a yola düşmüş “Titanik” gəmisi 1912-ci ilin aprelində aysberqlə toqquşaraq qəzaya uğramışdı. Hadisə nəticəsində 1 500 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti