...

Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 28 May 2020 11:08 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb
Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti