...

Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox artıb

Dünya xəbərləri Materials 30 May 2020 01:26 (UTC +04:00)
Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox artıb

Bakı. Trend:
Dünyada yeni növ koronavirusa yoluxanların sayı sutkada 107 mindən çox artaraq 5,7 milyonu keçib. Koronavirus ilə bağlı ölənlərin sayı 4,3 mindən çox artaraq 357 mini keçib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Məlumata əsasən, dünyada 5 701 337 yoluxma və 357 688 ölüm halı qeydə alınıb. Sutka ərzində 107 740 daha çox yoluxub, daha 4 354 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 613 092 nəfər. Sutkada onların sayı 56 647 nəfər artıb. Orada ölənlərin sayı 2 800 nəfər artaraq 151 212 nəfərə çatdı. Avropada 2 102 574 yoluxma və 178 378 ölüm halı qeydə alınıb. 24 saat ərzində infeksiyaya yoluxanların sayı 22650 nəfər, ölənlərin sayı isə 1047 nəfər artıb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada 475 419 yoluxma faktı aşkarlanıb, 11 833 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 13 595 nəfər artdı, 212 nəfər öldü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti