...

Türkiyədə 3 PKK terrorçusu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 1 İyun 2020 07:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Tunceli vilayətində üç PKK terrorçusu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Naziri Suleyman Soylu bildirib.

S.Soylu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Ovacık rayonunda jandarma tərəfindən həyata keçirilən əməliyyat zamanı terrorçuların zərərsizləşdirildiyini qeyd edib. Nazir həmçinin bildirib ki, həftə sonu ölkədə 14 PKK terrorçusu zərərsizləşdirilib.

Vilayətin yerli hakimiyyəti də jandarmeriya komandanlığı tərəfindən həyata keçirilən hava əməliyyatı zamanı üç terrorçunun məhv edilməsi açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti