...

Türkiyədə koronavirusdan sağalanların sayı 129 minə yaxınlaşır

Dünya xəbərləri Materials 1 İyun 2020 21:19 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 129 minə yaxınlaşır

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 563 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 827 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 164 769 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 974 nəfər olmaqla 128947 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 31 525 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti