...

Moskvada koronavirusdan 60-dan çox insan ölüb

Dünya xəbərləri Materials 4 İyun 2020 03:28 (UTC +04:00)
Moskvada koronavirusdan 60-dan çox insan ölüb

Bakı. Trend:

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı etdiyi testlərin müsbət çıxdığı daha 64 xəstə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Moskvada koronavirusdan ölənlərin ümumi sayı 2685 nəfərdən 2749 nəfərə yüksəlib.

Keçən gün sətəlcəm diaqnozu qoyulan və koronavirus xəstəsi olan 61 nəfərin öldüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti