...

Rusiyada koronavirusa yoluxanların sayı 476 min nəfəri keçib

Dünya xəbərləri Materials 8 İyun 2020 11:58 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 985 nəfər virusa yoluxub, 112 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 476 658 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 971 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 230 688 nəfər virusdan sağalıb, 239 999 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti