...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 131 mindən çox artıb

Dünya xəbərləri Materials 9 İyun 2020 02:45 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 131 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 131 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 8-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 131 296 nəfər yeni koronavirusa yoluxub, 3 469 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 6 931 000, ölənlərin isə 400 857 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 311 387 yoluxma və 181 804 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 286 560, ölənlərin sayı isə 184 120 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 641 429 yoluxma və 14 602 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti