...

Ermənistanda daha 350 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 9 İyun 2020 11:17 (UTC +04:00)
Ermənistanda daha 350 nəfər koronavirusa yoluxdu

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 13 675 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 350 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 217 nəfər koronavirusdan ölüb, 8 933 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti