...

İsveçrədə "gələcəyin maskası" hazırlanır

Dünya xəbərləri Materials 13 İyun 2020 16:50 (UTC +04:00)
İsveçrədə "gələcəyin maskası" hazırlanır

Bakı. Trend:

İsveçrə hökuməti yüksək texnologiyalar əsasında hazırlanan "ReMask" layihəsi üçün iki milyon frank (2,1 milyon dollar) vəsait ayırıb.

Trend-in məlumatına görə, 40-a yaxın şirkət, elmi araşdırma mərkəzi, universitet və laboratoriyanın daxil olduğu layihə çərçivəsində təkrar istifadəyə yararlı, bayır hissəsi antiviral təbəqədən təşkil olunan, həm tibbi, həm də kütləvi istifadəsi mümkün olan materiallar üzərində tədqiqatlar aparılır.

Əsas hədəf isə bakteriya və virusları içəri buraxmayan, eyni zamanda isə ağızdan və burundan havanın rahat şəkildə çıxmasına şərait yaradan materialı müəyyən etməkdir. Bu cür maskalara "gələcəyin maska"sı adı verilib.

Artıq bu maskanın ilk prototipi təqdim olunub. Antiviral və antibakterial üst təbəqədən ibarət maskalar su və yağları daxilə buraxmır. Hazırda həmin maskaların bir neçə istiqamət üzrə variantları hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti