Bakı. Trend:
Fransa vətədanşları iyunun 15-dən Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət edə biləcəklər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı deyib.
E.Makron bildirib: "Bazar ertəsindən fransalılar Aİ ölkələrinə sərbəst səyahət edə biləcəklər. Normal epidemioloji vəziyyətdə olan Avropadan kənar ölkələrə isə iyulun 1-dən səyahət etmək mümkün olacaq".
Qeyd edək ki, Fransa yeni növ koronavirusun yayılmasının qarşısı almaq məqsədilə martın 17-si sərhədlərini bağlamışdı.