Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında PKK terror qruplaşmasına qarşı yeni əməliyyatı başlayıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.
Məlumata əsasən, yeni "Qartal pəncəsi" əməliyyatı çərçivəsində Türkiyənin hərbi təyyarələri PKK-nın mövqelərini bombalayırlar.