...

Qırğızıstanda koronavirusa daha 90 nəfər yoluxub, 1 nəfər vəfat edib

Dünya xəbərləri Materials 17 İyun 2020 09:50 (UTC +04:00)
Qırğızıstanda koronavirusa daha 90 nəfər yoluxub, 1 nəfər vəfat edib

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 90 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 562 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 54 nəfər sağalıb, ölənlərin ümumi sayı 30 nəfər, sağalananların ümumi sayı isə 1 901 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti