...

Böyük Britaniya şahzadəsi koronavirusun keçməyən simptomundan şikayət edib

Dünya xəbərləri Materials 18 İyun 2020 23:00 (UTC +04:00)
Böyük Britaniya şahzadəsi koronavirusun keçməyən simptomundan şikayət edib

Bakı. Trend:

Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlz koronavirusdan sağaldıqdan sonra keçməyən simptom barədə şikayət edib.

Trend-in məlumatına görə, şahzadə bu günədək qoxu və dad bilmə funksiyasını bərpa edə bilməyib.

Qeyd olunur ki, şahzadə Çarlz öz sağlamlıq vəziyyətini həkimlərlə müntəzəm olaraq müzakirə edir.

Xatırladaq ki, Çarlzın martın 23-də koronavirusa yoluxduğu məlum olmuşdu. Böyük Britaniya kral ailəsindən digər şəxslərin virusa yoluxması barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti