...

Rusiyada keçiriləcək referenduma kosmosdan da səs veriləcək

Dünya xəbərləri Materials 19 İyun 2020 20:23 (UTC +04:00)
Rusiyada keçiriləcək referenduma kosmosdan da səs veriləcək

Bakı. Trend:

Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma kosmosda da səs veriləcək.

Trend-in məlumatına görə, hazırda Beynəlxalq Kosmik Stansiyada missiyasını davam etdirən kosmonavt Anatoli İvanişin Yerin orbitindən səs verə bilməsi üçün müraciət edib.

O, elektron səsvermə vasitəsilə referendumda iştirak edəcək.

Qeyd edək ki, Rusiyada refererndum iyulun 1-də keçiriləcək. Koronavirus pandemiyası dövründə təhlükəsizliyin təmin olunması üçün iyunun 25-dən səsverməyə başlanılacaq.

İyunun 18-də artıq elektron səsvermənin sınaqları başlayıb. Bu mərhələdə 53 mindən çox Moskva sakini iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti