...

“Taliban” 14 əfqan hərbçisini azad edib

Dünya xəbərləri Materials 22 İyun 2020 09:33 (UTC +04:00)
“Taliban” 14 əfqan hərbçisini azad edib

Bakı. Trend:

“Taliban” qruplaşması 14 əfqan hərbçisini azad edib.

Trend-in məlumatına görə, bundan əvvəl Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal bildirmişdi ki, qruplaşmanın 3 minədək üzvü azad olunub. “Taliban” isə ABŞ-la imzalanan sazişə əsasən ən azı 5 min üzvünün azad olunmasını tələb edir.

Xatırladaq ki, fevralın sonunda ABŞ və “Taliban” arasında Qətərdə sülh sazişi imzalanıb. 18 ildən çox davam edən müharibədən sonra imzalanan sazişə görə 14 ay ərzində xarici qoşunlar Əfqanıstandan çıxmalı, əsirlərin mübadiləsi aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti